• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb

    Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb

     
    Masallıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ikigünlük seminar-müşavirəsi başa çatıb
     
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusundakı ikigünlük (13-14 dekabr) seminar-müşavirə başa çatıb.
    Dekabrın 13-də, seminar-müşavirənin ilk günü dindarların, ziyalıların, ağsaqqalların, ictimaiyyətin geniş diskusiyası şəraitində keçib.
    Seminar-müşavirəni Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov açıb.
    DQİDK sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində dini radikalizmlə mübarizə tədbirlərindən geniş danışıb, faktlar göstərib, dindarları, ziyalıları cəmiyyətdə səlahiyyəti olanları bu mübarizədə fəallığa çağırıb, məsləhət və tövsiyələrini verib.
    Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Mirqiyas Təhməzov, Masallı şəhər “Cümə” məscidi dini icmasının sədri Mirqabil Hüseynov, Banbaşı kənd məscidinin imam müavini Əzim Əzimov, Masallı şəhəri “Hacı Mirağa” məscidinin dini icmasının sədri, məscidin imamı Əliqulu Qardaşov, Eminli kənd məscidinin imam, Rəbbi Kərimov çıxışlarında bu sahədə görülən tədbirlərdən danışıblar.
     
    Seminar-müşavirə dekabrın 14-də öz işini davam etdirib.
    Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, uşaq birlikləri təşkilat rəhbərləri, psixoloq, hərbi rəhbərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Öncə DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
    Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini Aybəniz Qafarova bildirib ki, dini radikalizm və xurafat bütün cəmiyyət üçün təhlükəlidir. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri eyni zamanda, gənclərin yad dini ideologiyaların təsirindən qorunmasında dini maarifləndirmə tədbirlərinin mühüm rola malik olduğunu deyib. A.Qafarova onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.
    DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında dini radikalizm və onun fəsadları haqqında danışıb. Bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin mövcudluğunu istəməyən bəzi qüvvələr ölkəmizdə xalqımızın milli-mənəvi və dini dəyərlərinə yad olan ideologiyaları təbliğ edərək dini və ictimai sabitliyi pozmağa cəhd edirlər. Onların əsas hədəfinin gənclər olduğunu vurğulayan birinci müavin gənclərin düzgün dini biliklərlə məlumatlandırılmasının və onların elmə-təhsilə yiyələnmələrinin dini radikal qrupların təsirindən qorunmaları baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib. S.Salahlı bu işdə məktəb müəllimlərinin və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb.
    Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Bildirib ki, dini radikalizm və ekstremizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin təbliğinin böyük rolu var. Şöbə müdiri eyni zamanda məzhəb ayrı-seçkiliyinə qarşı vəhdət və həmrəyliyin əhəmiyyətindən bəhs edib.
    Tədbirdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov iştirak edib.
    Seminar-müşavirənin ikinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


     

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az 
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 15:48 Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    2. 13:11 Masallıda könüllülərlə növbəti görüş keçirilib
    3. 12:52 Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    4. 20:34 Masallıda gənc çağırışçılarla görüş keçirilib
    5. 19:51 Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    6. 19:44 Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    7. 19:05 Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
    8. 15:51 Təhsil millətin gələcəyidir
    9. 13:04 “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin Masallıda fermerlərlə görüşü
    10. 19:54 Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
    11. 17:54 Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
    12. 15:09 Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
    13. 16:40 Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib
    14. 13:45 Masallıda misgərlik sərgisi keçirilib
    15. 14:38 Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib
    16. 21:20 Masallı Rayon İcra Hakimiyyəti başçısının rayon ictimaiyyəti ilə görüşü
    17. 15:12 Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib
    18. 13:15 Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib
    19. 16:28 Ağcabədi, Bərdə, Ucar və Ağdam məktəbliləri Masallıda
    20. 23:00 Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
    21. 17:29 Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda
    22. 14:45 Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
    23. 14:50 “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    24. 14:40 Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    25. 09:36 Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    26. 19:10 Masallı Polisi tələbələrlə görüş keçirib
    27. 18:48 Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    28. 19:21 Masallıda çiyələk əkininə başlanılıb
    29. 18:59 Masallıda V Biznes təliminə start verilib
    30. 17:02 Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    31. 18:19 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    32. 19:54 Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    33. 15:43 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    34. 10:57 Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    35. 20:42 Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    36. 15:07 Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    37. 21:24 “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    38. 13:43 Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    39. 14:20 Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    40. 20:21 Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Декабрь 2019    »
    ПнВтСрЧтПтСбВс
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    НОВОСТИ МИРА