• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub

    Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub

    • 18-01-2020, 17:31
    • İdman
    • 0
    • 446
    Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub

    Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Boradigah İdman zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş gənclər və kişilər arasında futzal üzrə rayon birinciliyinə yekun vuruldu.
    Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Yarışın mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək yarışın keçirilməsində əsas məqsədin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması , Bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasından ibarət olduğunu qeyd etdi. Bildirdi ki,Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.
    Tədbirdə “Boradigah İdman zalı” MMC-nin direktoru Rasif Əliyev, Boradigah qəsəbəsi bələdiyyəsinin sədri Etibar Paşayev, qəsəbə ağsaqqalı Ələsgər Hüseynov çıxış edərək qeyd etdilər ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsi kimi xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaq.
    16 komandanın iştrakı ilə keçirilən rayon birinciliyində bütün komandalarda üstün oyun nümayiş etdirən “Babaser” və “Ərkivan” komandaları final oyununda üz-üzə gəldi. Maraqlı mübarizə şəraitində keçən oyunda Babaser kəndinin idmançıları rəqibini 1:0 hesabı ilə məğlub edərək birinciliyin qalibi adına layiq görüldülər.
    Birincilikdə ən yaxşı qapıçı adına “Binə Xocavar” komandasının qapıçısı Əmənəv Niyaməddin Elşad oğlu, ən yaxş müdafəçi adına “Ərkivan” komandasının oyunçusu Mehrəliyev Bəxtiyar Bəhrəm oğlu, ən yaxşı hücumçu adına “Ərkivan” komandasının hücumçusu İbadov Röyal Vəli oğlu, ən yaxşı oyunçu adına “Babaser” komandasının oyunçusu Nəsirov Pərviz Rasif oğlu layiq görüldülər.
    Qalib komandalar Masalllı rayon Gənclər və İdman İdarəsi və təşkilat komitəsi tərəfindən diplom ,kubok , qiymətli hədiyyələr və pul mükafatı ilə mükafatlandırıldı.
     
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 17:39 Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
    2. 22:04 "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"
    3. 21:41 Gənc xanımların cəmiyyətimizdəki rolu
    4. 21:12 YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirib
    5. 20:56 Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir
    6. 23:08 Masallı Rayon Təhsil Şöbəsində geniş tərkibdə onlayn videomüşavirə
    7. 19:00 Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    8. 17:18 Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    9. 15:27 MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    10. 15:10 Masallı MKTİB təmizlik işlərini gücləndirib
    11. 14:56 “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    12. 14:04 Masallı park-bulvar kompleksində işlər davam edir
    13. 13:54 Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    14. 14:12 Masallı şəhərində abadlıq genişlənir
    15. 13:35 Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir
    16. 19:46 MASALLI – Kolatan ərazisində yollar təmir edilir
    17. 19:25 Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub
    18. 14:28 Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
    19. 21:57 Masallıda vətəndaşların növbəti virtual qəbulu
    20. 22:26 MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış
    21. 20:00 Masallıda geniş tərkibdə videkonfrans keçirilib
    22. 22:24 Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
    23. 21:22 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    24. 21:13 “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
    25. 20:49 Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
    26. 19:27 Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir
    27. 13:30 Veteranlara qayğı var
    28. 12:00 Masallı təhsilində uğurlu tədris ili
    29. 11:30 Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
    30. 22:26 Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
    31. 22:18 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində
    32. 22:06 Qara gavalı yaxşı qazanc gətirən meyvədir
    33. 21:58 Cəviz gəlirli və ixracyönümlüdür
    34. 21:47 Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib
    35. 18:30 Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    36. 13:09 Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü
    37. 16:39 Növbəti təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür
    38. 20:31 MASALLI - Bədəlanda xeyirxah ənənələr davam etdirilir
    39. 19:49 Masallıda növbəti xeyriyyə aksiyası
    40. 20:42 Masallının Eminli kənd sakinindən nümunəvi addım
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Все новости
    «    Сентябрь 2020    »
    ПнВтСрЧтПтСбВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    НОВОСТИ МИРА