• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda çiyələk əkininə başlanılıb

    Masallıda çiyələk əkininə başlanılıb

    Masallıda çiyələk əkininə başlanılıb

    Bir neçə gündür Masallıda çiyələk əkininə başlanılıb. Rayonun Şərəfə kəndində sahələr şumlandıqdan sonra, ərazidə çiyələk şitillərinin əkilməsi üçün xüsusi kanallar çəkilib. Təsərrüfat sahibləri hər il bu sahədən kifayət qədər gəlir götürdükləri üçün çiyələk əkininə geniş yer verirlər.
    Şərəfə kəndində əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. Şitillər daha çox Türkiyə və İsraildən gətirilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır. Fermer Rafət Abbasov bu mövsüm məhsuldarlığın bol olacağına əmindir: “Çiyələk sahəsini tam hazırlamışıq. Bu gün də əkinə çıxmışıq. Üç hektara yaxın sahədir və təxminən 250 minədək şitil əkiləcək. Damlama üsulunda da bu il müəyyən qədər dəyişikliklərimiz olub. Əvvəl 1-2 cərgə çəkilirdisə, indi 3 cərgə üsuluna keçmişik. Bu da yay fəslində, 40 dərəcə istilərdə suvarma sistemini tez quraşdıra bilmək üçün nəzərdə tutulub”.
    Əkində işçi qüvvəsinə tələbat yarandığından yerli sakinlərin də köməyindən istifadə olunur. Çiyələk sahəsində hazırda 15-dən çox işçi çalışır. Hətta qonşu kəndlərdən də bura işçilər cəlb edilib.
    Onlardan biri də Həmidə Nəzərovadır. “Biz qonşu kənddən gəlirik burada işləməyə. Sağ olsunlar, işləyib qazancımızı götürürük. Şitilləri əkməklə gündəlik pulumuzu alırıq. Mən özüm Boradigah qəsəbəsində yaşayıram. İstərdim ki, kəndimizdə də fermerlər belə sahələr əksinlər, biz də gedək işləyək”.
    Digər işçi Samirə Nəsirova isə bildirib ki, 10 ildir bu təsərrüfatda işləyir: “Xocavardan gəlmişik bu kəndə. Gördüyünüz kimi, bu gün əkin aparırıq. Mindən çox şitil əkmişik. Yenə də əkəcəyik. Hər gün təxminən axşam 5-də işimizi yekunlaşdırıb evə gedirik. Şükür olsun, qazancımızdan da razıyıq”.
    Rafət Abbasov illərdir bu sahədə əmək sərf edən təsərrüfatçılardandır. O, çiyələkdən yaxşı gəlir əldə etdiyini deyir. Onun sözlərinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur: “Ötənilki sortlarla fərq ondadır ki, bunun məhsuldarlığı boldur. Əkin zamanı sahələrdə 20–yə yaxın işçi çalışır. Hər fəhlə gündə minimum 3000-4000 min şitil əkir”.
    Ötən il Rafət Abbasovun çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 60 faizi Rusiya bazarlarına çıxarılıb. Bu il də xaricə ixrac istisna edilmir. İndi əkilən çiyələyin yığımına aprelin sonlarında başlanılacaq.

     
    AZƏRTAC.
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 15:11 Masallıda 20 Yanvar şəhidləri anıldı
    2. 18:11 Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir
    3. 17:31 Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
    4. 16:53 Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
    5. 16:23 Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib
    6. 22:59 Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    7. 18:20 Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu
    8. 17:13 Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb
    9. 14:02 Masallının ucqar dağ kəndində Yeni il şənliyi
    10. 17:34 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada
    11. 17:23 Masallıda möhtəşəm yeni il qarşılaması
    12. 14:36 Masallı RİH başçısının təşəkkürü
    13. 18:29 Həzi Aslanovun 110 illiyi qeyd ediləcək
    14. 18:02 Masallıda cüdo üzrə açıq birincilik keçirilib
    15. 18:33 Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb
    16. 22:15 Ulu öndərin həmrəylik ideyaları
    17. 21:51 Masallıda bayram əhval-ruhiyyəsi
    18. 16:57 Masallı taekvondoçusu respublika çempionudur
    19. 09:56 Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
    20. 19:40 Masallıda işəgötürənlərlə əməkdaşlıq çərçivəsində dəyirmi masa keçirilib
    21. 17:05 Masallı RİH başçısının Bədəlan ərazisində səyyar görüş-qəbulu
    22. 18:11 Masallı RİH başçısının Miyankü ərazisində səyyar görüş-qəbulu
    23. 23:02 Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası
    24. 21:17 Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü
    25. 21:01 Dilarə Seyidzadənin Masallı gəncləri ilə görüşü
    26. 11:40 Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı
    27. 22:41 Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu
    28. 17:52 Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə
    29. 17:13 Masallıda anım tədbiri – “Böyük ömrün dastanı”
    30. 13:35 Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu
    31. 18:56 Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
    32. 15:48 Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    33. 20:34 Masallıda gənc çağırışçılarla görüş keçirilib
    34. 13:11 Masallıda könüllülərlə növbəti görüş keçirilib
    35. 12:52 Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    36. 19:51 Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    37. 19:44 Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    38. 19:05 Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
    39. 15:51 Təhsil millətin gələcəyidir
    40. 13:04 “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin Masallıda fermerlərlə görüşü
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Январь 2020    »
    ПнВтСрЧтПтСбВс
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    НОВОСТИ МИРА