• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib

    Noyabrın 1-də Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib.
    Rayon Ağsaqqallar klubunda təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev yubilyarı təbrik edib, ona cansağlığı, işlərində uğurlar arzulayıb. S.Əliyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun təbrikini və Fəxri fərmanını, qiymətli hədiyyəsini Həsənağa Əliyevə təqdim edib.
    Masallı Rayon ağsaqqallar şurasının sədr müavini, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov yubilyarın həyat və fəaliyyətindən, onun rayon mətbuatındakı xidmətlərindən danışıblar.
    Azərbaycan Jurnalistlər Birliyinin katibi Şahin Babayev, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, ağsaqqallar Şərafət Əzimov, Həmdulla Məmmədov, Dadaş Məmmədov və başqaları çıxış edib, yubilyarı təbrik edib, onun barəsində xatirələr söyləyiblər. Bildirilib ki, Həsənağa Əliyev həmişə sənətinə qayım-qədim olub. Rayonun bütün sahələrindən – iqtisadi, təsərrüfat, təhsil, səhiyyə, mədəniyyət, idman, ədəbi mühitindən dərc edilən yazılarda onun zəhməti əvəzsizdir. Tanınmış jurnalist yarım əsrə yaxındır ki, mətbu sözün işığında böyük həvəslə, yorulmadan yazıb yaradır, yaradıcılıq əzmi bitib-tükənmir. Taleyinə yazılan qəzetçilik missiyasını var gücü ilə davam etdirir. Publisistik yazıları ilə yanaşı felyeton, replika və digər janrlı məqalələri aktuallığı ilə seçilir. Ömrünün müdriklik çağlarını yaşayan təcrübəli jurnalist sözün əsl mənasında sadəlik, səmimilik və alicənablıq nümunəsidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqliyini zəhməkeşliyi, həssas yanaşma tərzi ilə isbatlayan ağsaqqal yazardır.
    Həsənağa Əliyev tədbirin təşkilinə görə rayon rəhbərinə minnətdarlıq edib, həyatının müəyyən məqamlarını diqqətə çatdırıb.
    Yubilyara AJB-nin H.Zərdabi diplomu, rayon ağsaqqallar şurasının, veteranlar təşkilatının Fəxri fərmanları, eləcə də qiymətli hədiyyələr təqdim edilib.
                                                                ***
    Məlumat üçün bildirək ki, Həsənağa Murtuza oğlu Əliyev 1949-cu il noyabrın 1-də Masallı rayonunun Mahmudavar kəndində dünyaya göz açıb. 1967-ci ildə kənd məktəbini, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İşləyə-işləyə təhsilini davam etdirib. Sovxozda fəhlə işləyib. 1971-ci ilin avqustundan “Çağırış” qəzeti mətbəəsində mürəttibliyə başlayıb. 1974-cü ildən korrektor, kənd təsərrüfatı şöbəsinin ədəbi işçisi, müdiri olub. “Mozalan”, “Alternativ” qəzetlərinin bölgə müxbiri, “Aşkarlıq” qəzetinin redaktor müavini kimi fəaliyyət göstərib. “İki sahil”, “Yeni Azərbaycan”, “Təzadlar”, “Dövlətçilik”, “Qanun naminə”, “Azad Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib.
    “Nicat qapısı”, “Nurlu ürəklər”, “ ...Dünya heç kimin”, “Yaxşılara yaxşı deyək”, “Baharda köçən durnalar”, “Mahmudavarın mərd övladları”, “Çətin yolun müsafiri”, “Zirvədən boylanan xatirələr” adlı publisist kitablarında Masallının salnaməsini yaradıb. Onlarca kitabın redaktoru, məsləhətçisi, rəyçisi olub.
    O, bu gün də jurnalistika fəaliyyətini uğurla davam etməkdədir. “Yeni həyat” qəzetinin məsul katibidir.                    
    2011-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatını alıb. “Qızıl qələm”, H.B Zərdabi media mükafatları laureatıdır, onlarca fəxri fərmanla təltif olunub.
    Azərbaycan Jurnalistlər Birliyi rayon təşkilatının sədridir. Mahmudavar ərazi Ağsaqqallar şurasının sədridir.
     
    Akif VAQİFOĞLU,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 14:50 “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    2. 14:40 Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    3. 09:36 Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    4. 19:10 Masallı Polisi tələbələrlə görüş keçirib
    5. 18:48 Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    6. 19:21 Masallıda çiyələk əkininə başlanılıb
    7. 18:59 Masallıda V Biznes təliminə start verilib
    8. 17:02 Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    9. 18:19 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    10. 19:54 Masallı taekvondoçuları Tbilisidə keçirilən beynəlxal turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar
    11. 15:43 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşib
    12. 10:57 Masallı və Cəlilabadda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
    13. 20:42 Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    14. 15:07 Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olundu
    15. 21:24 “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
    16. 13:43 Masallıda yunan-roma güləşi üzrə respublika turniri keçiriləcək
    17. 14:20 Masallı RİH başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu keçirilib
    18. 20:21 Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    19. 20:03 Masallıda tədbir – "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"
    20. 22:41 Masallı karateçilərinin növbəti uğuru
    21. 20:17 “Ərkivan” (Masallı) səfərdən qələbə ilə qayıdıb
    22. 20:35 Masallıda MSK-nın regional seminarı keçirilib
    23. 20:12 Masallıda tanınmış jurnalist Həsənağa Əliyevin 70 illik yubileyi keçirilib
    24. 18:07 “İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri
    25. 21:02 ÖMRÜN 70-Cİ PİLLƏSİNDƏ
    26. 17:46 “Yeni həyat”a abunə olun!
    27. 16:32 Masallı RİH başçısının Qızılağac ərazisində səyyar görüş-qəbulu
    28. 16:21 MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB
    29. 17:35 Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair tədbir
    30. 17:31 Masallıda FHN-nin mülki müdafiə məşqi keçirilib
    31. 08:51 Masallı RİH başçısının Boradigah ərazisində səyyar görüş-qəbulu
    32. 09:57 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    33. 08:57 Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib
    34. 08:51 Masallının təsərrüfat xəbərləri
    35. 08:36 Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
    36. 08:40 "Heydər Əliyev və neft strategiyası"
    37. 08:39 Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib
    38. 08:33 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü
    39. 11:08 Masallıda gənc müəllimlərlə görüş
    40. 09:53 Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Ноябрь 2019    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    НОВОСТИ МИРА