• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

    Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
    Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 29 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
    Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
    Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
    Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
    Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.
    Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
    Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.
    Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
    X X X
    Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.
    Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.
    X X X
    Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.
    X X X
    Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 23:02 Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası
    2. 21:17 Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü
    3. 21:01 Dilarə Seyidzadənin Masallı gəncləri ilə görüşü
    4. 11:40 Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı
    5. 22:41 Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu
    6. 17:52 Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə
    7. 17:13 Masallıda anım tədbiri – “Böyük ömrün dastanı”
    8. 13:35 Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu
    9. 18:56 Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
    10. 15:48 Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    11. 20:34 Masallıda gənc çağırışçılarla görüş keçirilib
    12. 13:11 Masallıda könüllülərlə növbəti görüş keçirilib
    13. 12:52 Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    14. 19:51 Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    15. 19:44 Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    16. 19:05 Masallının Viləş kəndində şəhidlərin doğum günü tədbiri keçirilib
    17. 15:51 Təhsil millətin gələcəyidir
    18. 13:04 “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin Masallıda fermerlərlə görüşü
    19. 19:54 Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
    20. 17:54 Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
    21. 15:09 Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
    22. 16:40 Masallıda Mülki Müdafiə mövzusunda müşavirə keçirilib
    23. 13:45 Masallıda misgərlik sərgisi keçirilib
    24. 14:38 Masallıda “Xəmsə ” milli intellektual oyunu üzrə rayon seçim turu keçirilib
    25. 21:20 Masallı Rayon İcra Hakimiyyəti başçısının rayon ictimaiyyəti ilə görüşü
    26. 15:12 Masallıda “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun 70 illik yubiley tədbiri keçirilib
    27. 13:15 Masallıda “Gənclərin ictimai iştirakçılıqla bağlı maarifləndirilməsi” layihəsinin ikinci tədbiri keçirilib
    28. 16:28 Ağcabədi, Bərdə, Ucar və Ağdam məktəbliləri Masallıda
    29. 23:00 Təhsil Nazirliyinin Masallıdakı layihəsinə yekun vurulub
    30. 17:29 Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda
    31. 14:45 Masallının 11 güləşçisi XXV respublika turnirinin mükafatını qazandı
    32. 14:50 “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
    33. 14:40 Səfərbərlik rəisi Masallıda vətəndaşların qəbulunu keçirib
    34. 09:36 Prezident İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib
    35. 19:10 Masallı Polisi tələbələrlə görüş keçirib
    36. 18:48 Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir və Şamaxı məktəbliləri Masallıda
    37. 19:21 Masallıda çiyələk əkininə başlanılıb
    38. 18:59 Masallıda V Biznes təliminə start verilib
    39. 17:02 Masallı məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər
    40. 18:19 Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Декабрь 2019    »
    ПнВтСрЧтПтСбВс
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    НОВОСТИ МИРА