• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
    Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.

    Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.

    Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

    Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

    Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 19:00 Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    2. 17:18 Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    3. 15:27 MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    4. 15:10 Masallı MKTİB təmizlik işlərini gücləndirib
    5. 14:56 “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    6. 14:04 Masallı park-bulvar kompleksində işlər davam edir
    7. 13:54 Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    8. 14:12 Masallı şəhərində abadlıq genişlənir
    9. 13:35 Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir
    10. 19:46 MASALLI – Kolatan ərazisində yollar təmir edilir
    11. 19:25 Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub
    12. 14:28 Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
    13. 21:57 Masallıda vətəndaşların növbəti virtual qəbulu
    14. 22:26 MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış
    15. 20:00 Masallıda geniş tərkibdə videkonfrans keçirilib
    16. 22:24 Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
    17. 21:22 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    18. 21:13 “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
    19. 20:49 Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
    20. 19:27 Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir
    21. 13:30 Veteranlara qayğı var
    22. 12:00 Masallı təhsilində uğurlu tədris ili
    23. 11:30 Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
    24. 22:26 Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
    25. 22:18 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində
    26. 22:06 Qara gavalı yaxşı qazanc gətirən meyvədir
    27. 21:58 Cəviz gəlirli və ixracyönümlüdür
    28. 21:47 Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib
    29. 18:30 Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    30. 13:09 Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü
    31. 16:39 Növbəti təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür
    32. 20:31 MASALLI - Bədəlanda xeyirxah ənənələr davam etdirilir
    33. 19:49 Masallıda növbəti xeyriyyə aksiyası
    34. 20:42 Masallının Eminli kənd sakinindən nümunəvi addım
    35. 20:00 Masallıda RİH başçısı növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib
    36. 12:34 MASALLI - Şərəfə kəndində fermer təsərrüfatı
    37. 22:17 Masallıda taxıl əkini üçün fermerlərə sertifikatlı toxumlar veriləcək
    38. 22:09 Masallıda arıçılığa maraq artır
    39. 21:58 MASALLI - Bu il naringi ağacları yaxşı bar verəcək
    40. 13:24 Masallı MKTBİ-yə yeni rəis təyin olundu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Все новости
    «    Сентябрь 2020    »
    ПнВтСрЧтПтСбВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    НОВОСТИ МИРА