• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


    Prezident İlham Əliyev Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

      
    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
    Səfir Branko Zebiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.
    Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir dedi:
    -Sabahınız xeyir, cənab Prezident. Adım Branko Zebiçdir. Xorvatiyanın səfiriyəm. Burada olmaq, etimadnaməni təqdim etmək və Sizin çox yaxşı tanıdığınız Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir.

    Prezident İlham ƏLİYEV:
    -Mənim salamlarımı xanım Prezidentə çatdırmağınızı xahiş edirəm. Mən bizim görüşlərimizi, xüsusilə ötən il ölkənizə rəsmi səfərim zamanı keçirdiyimiz görüşü xatırlayıram. Apardığımız müzakirələr ölkələrimiz arasında tərəfdaşlığın inkişafına xidmət edir. Düşünürəm ki, biz bir sıra sahələri əhatə edən çox səmərəli əlaqələr qurmağa müvəffəq olmuşuq. Əlbəttə ki, xanım Prezidentin Azərbaycana rəsmi səfəri və mənim ölkənizə səfərim əməkdaşlığımızın çox mühüm nümunələridir. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz, çünki ölkələrimiz arasındakı dostluq münasibətləri xalq diplomatiyasını da əhatə edir. Düşünürəm ki, son illərdə Xorvatiyada daha çox adam bizim barəmizdə məlumatlı olub və daha çox azərbaycanlı sizin ölkəniz barədə məlumat əldə edib. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanda bir neçə il fəaliyyət göstərmək çox xoş olacaq. Əminəm ki, siz ənənəvi sahələrdə əməkdaşlığımızın güclənməsinə, həmçinin tərəfdaşlığımızın yeni sahələrinin tapılmasına öz töhfənizi verəcəksiniz. Sizə ölkəmizdə xoş günlər və uğurlar arzulayıram.

    Səfir Branko ZEBİÇ:
    -Təşəkkür edirəm. Mən özümü çox yaxşı və artıq evimdəki kimi hiss edirəm. Mən bundan əvvəl bir il müddətində müvəqqəti işlər vəkili işləmişəm. Siz Zaqrebə səfər edən zaman mən Azərbaycanda yaşamağa başladım. Mən Xorvatiya nümayəndə heyətinin tərkibində idim. Baş Nazir məni Sizə təqdim etdi və mənim burada səfir olacağıma dair söz verdi. Lakin bu, Xorvatiyada bir qədər vaxt tələb etdi. Prosedur belədir.
    Prezident İlham ƏLİYEV: Azərbaycanda yaxşı yerləşmisiniz?
    Səfir Branko ZEBİÇ: Bəli, yaxşı yerləşmişəm, özümü evimdəki kimi hiss edirəm. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün çoxlu sahələr var. Söhbət təkcə iqtisadi əməkdaşlıqdan getmir. Bu sahədə işlər çox yaxşı gedir. Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi mən xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirmək istərdim.
    Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.


    Prezident İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.
    Səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçdi.
    Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
    Sonra səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

    -Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.
    Əməkdaşlığın ənənəvi və yeni sahələri mövcuddur. Əlbəttə, ticari-iqtisadi əməkdaşlıq cəhətdən müəyyən işlər görülməlidir. Əmtəə dövriyyəsini artırmaq mümkündür. Ticari-iqtisadi əlaqələri artırmaq məqsədilə müəyyən işçi qruplar yaratmaq olar. Biz bütün digər istiqamətlərdə də ənənəvi əməkdaşlığı davam etdirmək, tərəfdaşlığı möhkəmləndirmək niyyətindəyik. Əməkdaşlıq həm də hansısa konkret nəticəyə yönəlməlidir. Sizə ölkəmizdə yaxşı günlər və Azərbaycanda fəal işləməyi arzulayıram.

    Səfir Eqidius Navikas dedi:
    -Çox sağ olun cənab Prezident. Mən, ilk növbədə, Sizə Litva Prezidenti cənab Nausedanın ən xoş arzularını, eləcə də Sizin Litvaya səfərinizlə bağlı dəvəti çatdırmaq istəyirəm. Əlbəttə, mənim üçün Azərbaycanda səfir olmaq böyük şərəfdir və bundan çox şadam. Mən, həmçinin çox şadam ki, artıq qeyd etdiyiniz kimi, dost münasibətlərin və əməkdaşlığın sanballı bazası, təməli var. Mən Bakıda olduğum müddətdə xalqlarımızın çox yaxşı, müsbət əlaqələrinin mövcudluğunu hiss etdim.

    Səfir Azərbaycan və Litva arasında yüksək səviyyəli siyasi dialoqun məmnunluq doğurduğunu bildirdi. Eqidius Navikas ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirdi. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxundu və ölkəsinin Avropa İttifaqının “Tvinninq” layihələri çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini dedi.

    Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini, ötən müddət ərzində Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və özünün Avropa İttifaqının mənzil-qərargahına səfərini xatırladaraq Avropa İttifaqı üzv ölkələrinin bu əməkdaşlığın inkişafına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.
    Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş etdi.


    Prezident İlham Əliyev Fransanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


     
    Yeniheyet.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.
    Səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçdi.
    Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

    Səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:
    -Sizə Azərbaycanda xoş günlər arzulayıram. Artıq uzunmüddətli və çox uğurlu bir tarixə, böyük potensiala malik əməkdaşlığımızın əhatə dairəsini nəzərə alaraq ümid edirəm ki, dolğun bir gündəliyiniz olacaq. Əlbəttə ki, əməkdaşlığımızın inkişaf mərhələləri sizə yaxşı məlumdur. Bilirsiniz ki, Azərbaycan hər zaman sizin ölkənizi dünyanın ən mühüm tərəfdaş ölkələrindən biri kimi qəbul edir. Mənim Parisə çoxsaylı səfərlərim və Prezident Şirak, Prezident Sarkozi və Prezident Olland ilə, həmçinin ötən il Prezident Makron ilə olan görüşlərimin hamısı və digər yüksək səviyyəli rəsmilərlə görüşlərim əməkdaşlığımızın inkişafında çox böyük rol oynamışdır. Təsadüfi deyil ki, fransız şirkətləri Azərbaycanda bir çox mühüm layihələr həyata keçiriblər. Xatırlayıram ki, Prezident Ollandın səfəri zamanı bir neçə milyard dollarlıq müqavilələr imzaladıq. Onlardan bir hissəsi artıq icra edilib, digərləri isə icrasını gözləyir. Fransız şirkətləri burada çox geniş təmsil olunur. Əlbəttə, MEDEF ilə çoxsaylı görüşlərim haqqında da məlumatlısınız. Son dəfə bu görüş burada, Bakıda keçirildi. Fransada və burada da görüşmüşük. Qarşılıqlı böyük maraq və yaxşı nəticələr var. Düşünürəm ki, bu sahədə möhkəm əməkdaşlığımız var və bu əməkdaşlıq böyük perspektivlərə malikdir. Əlbəttə ki, siyasi əlaqələrimiz də şirkətlər arasında əməkdaşlıq və iqtisadi sahədəki əlaqələrin inkişafında mühüm rol oynayır. Ötən il Prezident Makronla görüşüm əlaqələrimizin gələcək əməkdaşlıq planlarının müəyyənləşdirilməsi baxımından çox önəmli idi. Bu görüş bugünkü tərəfdaşlığın inkişaf etdirilməsində mühüm rol oynadı. Əlbəttə ki, nazir Lö Merin səfəri də çox uğurlu oldu. Biz münaqişənin həlli məsələsində də əməkdaşlıq edirik və danışıqların hansı fazada olduğunu bilirik. Əlbəttə ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında da sizin ölkəniz mühüm rol oynayır. İyul ayında Prezident Tuskun da səfəri çox uğurlu idi. Beləliklə, əməkdaşlığımız çox geniş gündəliyə malikdir. Əminəm, görüləsi işləriniz çoxdur və ümid edirəm ki, mövcud əlaqələrimizin müsbət dinamikası fəaliyyətiniz dövründə də davam etdiriləcək.

    Səfir Zakari QROS dedi:
    -Təşəkkür edirəm. Prezident Makronun ən səmimi salamlarını Sizə çatdırıram. Burada, gözəl və uğurla inkişaf edən şəhərinizdə olmağımdan çox məmnunam. Artıq Sizin də qeyd etdiyiniz kimi, bizim möhkəm ikitərəfli münasibətlərimiz mövcuddur və bu məsələdə Sizin şəxsi töhfəniz bizim üçün çox önəmlidir. Təhlükəsizlik məsələləri mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyi Avropanın təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Regionda gərginliyin mövcudluğu şəraitində - İran məsələsində Prezident Makron gərginliyin aradan qaldırılmasına səy göstərir. Əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin dinc yolla, ölkənizin ərazi bütövlüyünə hörmət prinsipi çərçivəsində həllini arzulayır və bu sahədə fəal olmaq niyyətindədir. Biz ölkələrimiz arasında siyasi dialoqu davam etdirməyə ümidvarıq. Sizin də qeyd etdiyiniz kimi iqtisadiyyat, energetika, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq bizim üçün çox vacibdir.
    Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 20:00 Masallıda növbəti virtual qəbul keçirilib
    2. 21:18 Masallı Rayon İcra Hakimiyyəti başçısından yeni təyinatlar
    3. 19:49 Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı rayon icra hakimiyyəti başçısının geniş tərkibdə onlayn müşavirəsi keçirilib
    4. 20:47 MASALLIDA “MƏNİM POLİSİM” ADLI SOSİAL AKSİYA KEÇİRİLİB
    5. 20:25 Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    6. 20:20 Koronavirusun profilaktikası çərçivəsində Masallıda reydlər davam etdirilir
    7. 18:35 Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının təməli qoyuldu
    8. 19:27 MASALLIDA TAXIL BİÇİNİ BAŞA ÇATDI
    9. 18:00 MASALLIDA İCRA BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    10. 15:57 Masallıda karantin rejiminə ciddi nəzarət olunur
    11. 10:51 Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi
    12. 14:26 MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
    13. 11:56 Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
    14. 11:50 MASALLI: OPERATİV QƏRARGAH (COVİD–19)—QAYNAR XƏTT
    15. 18:30 Masallıda pandemiya ilə bağlı tədbirlər davam edir
    16. 18:11 Kərim Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub - MASALLI
    17. 18:03 Masallıda RİH başçısı növbəti onlayn qəbulunu keçirib
    18. 18:28 Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri
    19. 18:00 Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsilə bağlı onlayn müşavirə keçirilib
    20. 17:00 MASALLI RİH BAŞÇISININ NÖVBƏTİ VİRTUAL QƏBULU
    21. 15:34 MASALLIDA - Şərəfə kəndində çiyələk yığımı
    22. 14:40 MASALLIDA TÜTÜN ƏKİNİ BAŞA ÇATIB
    23. 20:22 Masallı RİH başçısının növbəti virtual qəbulu
    24. 20:18 Masallıda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı onlayn müşavirə keçirilib
    25. 21:52 MASALLIDA TAXIL BİÇİNİ DAVAM EDİR
    26. 21:29 Torpağın sinəsini bəzəyən xırmandalılar
    27. 21:24 MASALLIDA BARAMA TƏDARÜKÜ DAVAM EDİR
    28. 18:30 Masallıda RİH başçısı növbəti dəfə virtual qəbul keçirib
    29. 17:46 Masallıda onlayn şahmat yarışı keçirilib
    30. 11:59 Masallı məktəblilərinin Respublika Fənn Olimpiadalarında uğurlu nəticələri
    31. 11:45 Masallı Rayon İcra Hakimiyyəti başçısının tibb işçilərinə təbriki
    32. 11:35 Masallıda vətəndaşların növbəti onlayn-qəbulu
    33. 21:32 MASALLI - Ərkivan və Mahmudavar ərazilərində abadlıq-quruculuq işləri
    34. 19:01 Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb
    35. 09:00 BÖYÜK QAYIDIŞ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİNİN QORUNUB SAXLANILMASI
    36. 22:13 Masallıda çəltikçiliyə maraq getdikcə artır
    37. 12:46 Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib
    38. 19:22 MASALLININ TAXIL ZƏMİLƏRİNDƏ
    39. 17:34 Masallı RİH başçısının növbəti virtual qəbulu
    40. 13:57 TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Июль 2020    »
    ПнВтСрЧтПтСбВс
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    НОВОСТИ МИРА