• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda MSK-nın regional seminarı keçirilib

    Masallıda MSK-nın regional seminarı keçirilib

    Masallıda MSK-nın regional seminarı keçirilib

    Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan növbəti regional seminar noyabrın 1-də Masallıda keçirilib.
    Masallı şəhər “Asan həyat” komleksindəki Heydər Əliyev İncəsənət Məktəbində keçirilən seminarda MSK-nın üzvləri Validə Kazımova, İlkin Şahbazov, 20 seçki dairəsinin - 59 saylı Salyan, 60 saylı Salyan-Neftçala, 61saylı Neftçala, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 78 saylı Lerik, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan və 84 saylı Füzuli seçki dairələri dairə seçki komissiyalarından 60 ekspert qrupu üzvü iştirak edib.
    Seminarı MSK üzvü İlham Məmmədov açaraq, bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Bildirilib ki, regional seminarların keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedurları ilə bağlı məlumatlarının artırılması və praktiki vərdişlərinin gücləndirilməsindən ibarətdir.
    Sonra MSK-nın digər üzvü Qabil Orucov “Seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Seminar iştirakçılarına seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu, seçki hüquqlarının pozulmasına dair şikayətin verilmə müddəti, şikayətə dair qərar qəbul olunması müddəti, şikayətin qəbul edilməsindən sonra növbəti prosedurlar və digər məsələlər barədə ətraflı izahat verilib.
    Maarifləndirici seminarda MSK üzvü İlham Məmmədov “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib.
    Qeyd olunub ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması çox vacib məsələdir və vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Buna görə də dairə seçki komissiyalarının ekspert qrupunun üzvləri mövzu ilə bağlı qanunvericiliyin tələblərini dərindən mənimsəməli və öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.
    Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.
    Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


     
     “Yeni həyat”,
    www.yeniheyet.az
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 11:07 Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
    2. 16:36 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib
    3. 15:01 Masallı Rayon İcra Hakimiyyəti başçısının bayram təbriki
    4. 20:01 Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir
    5. 18:47 Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    6. 17:43 Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    7. 20:16 Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru
    8. 18:33 Masallıda vətəndaşların videoformatda qəbulu davam edir
    9. 18:24 Masallıda “Rəsm və əl işləri” müsabiqələrinin qalibləri mükafatlandırılıb
    10. 18:04 Masallıda vətəndaşların onlayn qəbulu davam edir
    11. 18:08 Masallıda vətəndaşların onlayn qəbulu ənənə halını alıb
    12. 10:04 Masallıda kompyuter oyunu üzrə onlayn qaydada rayon birinciliyi keçirilib
    13. 09:48 Masallıda 38 min əhalinin istifadə etdiyi yol yenidən qurulub
    14. 22:48 Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
    15. 20:03 Masallı rayonunda dövlət qurumları və könüllü təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir
    16. 19:24 Masallıda vətəndaşların növbəti onlayn qəbulu
    17. 12:20 18 may Beynəlxalq Muzeylər günüdür
    18. 11:43 Masallıda kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb
    19. 18:53 Masallı Rayon İcra Hakimiyyətinin başçısı yaz-tarla işlərinin gedişi ilə tanış olub
    20. 18:31 Masallı məktəbliləri “Virtual əlaçı” bilik yarışmasının qalibidir
    21. 18:21 Masallı rayon İcra hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
    22. 18:16 Kənd qadınlarının koronavirusla mübarizəyə sosial dəstək aksiyaları
    23. 17:08 YAP Masallı rayon təşkilatı konfrans keçirib
    24. 21:15 Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi
    25. 18:30 Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi
    26. 14:18 “Vətənimizə virtual səyahət” - MASALLI
    27. 14:10 Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir
    28. 19:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti onlayn qəbulu
    29. 20:08 Masallı rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları onlayn qəbul edib
    30. 12:07 Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir
    31. 12:00 Vəzifəli şəxslərin qanunazidd hərəkətlərinin qarşısının alınması və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir
    32. 11:57 Masallıda gənc kadrların işlə təmin olunması daim diqqət mərkəzində saxlanılır
    33. 11:00 Masallı məktəblisi respublika müsabiqəsinin mükafatçısıdır
    34. 21:00 Masallıda ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib
    35. 14:06 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə ağac əkib
    36. 13:12 Dünyanın görkəmli dövlət və siyasi xadimləri ümummilli lider Heydər Əliyev haqqında
    37. 12:00 Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
    38. 14:00 Masallıda Böyük Vətən Müharibəsi veteranları evlərində ziyarət olunub
    39. 13:42 Masallıda onlayn qaydada keçirilən yarışların qalibləri mükafatlandırılıb
    40. 12:00 Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Май 2020    »
    ПнВтСрЧтПтСбВс
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    НОВОСТИ МИРА