• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib

    Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib

    Masallıda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilib
     
    Noyabrın 12-də Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində iştirak edəcək məktəblilər və onları müşayiət edəcək şəxslərlə görüş keçirilib.
    Tədbirdə rayon ictimaiyyətinin nünayəndələri, müəllimlər, məktəblilər və onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları salamlayıb, tur-aksiyanın məqsədi barədə məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, müstəqil Azərbaycanın nailiyyətlərilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov bildirib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısının tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb. Maarifləndirici layihə yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür.
    RİH başçısı gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
    Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
    Mərasimdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Mirqabil Hüseynov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva, valideyn Soltanağa Cəfərov, Sığdaş kənd tam orta məktəbinin IX sinif şagirdi Sadiq Musayev, Masallı şəhər 5 saylı tam orta məktəbinin X sinif şagirdi Günay Novruzova və başqaları ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb, möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə minnətdarlıq bildiriblər.
    Görüşdə qeyd olunub ki, növbəti tur-aksiyada (13-16 noyabr) Masallıdan 40 məktəblinin içtirakı nəzərdə tutulub. 40 şagirdin 20 nəfəri qız, 20-si oğlandır. Tur-aksiyada respublika fənn olimpiadalarının qalibləri, təhsildə, idmanda və ictimai işlərdə fəal şagirdlər iştirak edir.
    Diqqətə çatdırılıb ki, Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin tarixi-mədəni abidələr, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
    Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov yekunlaşdırıb, məktəblilərə uğurlu yol arzulayıb.
    Sonda xatirə şəkli çəkilib.

     
     

     
    Akif AĞAYEV,
     “Yeni həyat”,
    www.yeniheyet.az
                                                        
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 13:51 «Baba bulağı» bağının ilk nübarı
    2. 11:39 Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq
    3. 20:21 Masallı Rayon İcra Hakimiyyətində yeni təyinat
    4. 20:06 Masallı RİH başçısı növbəti onlayn qəbul keçirib
    5. 14:22 Masallıda bostan və tərəvəz bitkilərinin əkin sahəsi genişlənib
    6. 14:08 Masallıda günəbaxan və noxud da yetişdirilir
    7. 15:18 Masallıda Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb
    8. 14:26 Masallıda kartof yığımı başa çatır
    9. 16:36 MASALLIDA BU GÜNƏDƏK 1840 TON SOĞAN YIĞILIB
    10. 16:27 Azərbaycanın yenilməz ordusunun igid, cəsur, mərd hərbçiləri bu gün də mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar
    11. 15:22 MASALLIDA 10 ƏDƏD SUBARTEZİAN QUYUSU QAZILIR
    12. 15:13 Masallıda “VƏTƏNƏ SEVGİ ƏN ÜLVİ HİSSDİR” mövzusunda onlayn konfrans keçirilib
    13. 19:00 Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib
    14. 17:53 Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    15. 13:03 Masallı rayonunda su təminatı yaxşılaşdırılır
    16. 12:11 Masallının Xırmandalı kəndində yolların təmirinə başlanılıb
    17. 16:56 MASALLIDA TƏRƏVƏZ VƏ BOSTAN BİTKİLƏRİNİN YIĞIMI
    18. 16:46 Ölkəmizdə bütün infrastruktur layihələr ardıcıl şəkildə icra edilir
    19. 16:36 Arıçıların əməyi diqqət mərkəzindədir
    20. 12:36 Türkoba qəbiristanlıqlarında abadlıq işləri
    21. 19:00 Masallı RİH başçısının növbəti onlayn qəbulu
    22. 11:48 MASALLIDA 253,9 HEKTARDA ÇƏLTİK BECƏRİLİR
    23. 11:16 Masallı "Gənclər Evi" “Mətbuatda dünən və bu gün" adlı onlayn tədbir keçirib
    24. 17:39 Şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları, məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur
    25. 17:32 Masallıda aqrar sahənin inkişafına xüsusi diqqət var
    26. 13:15 MASALLIDA “YAŞIL QIZIL” YIĞIMI
    27. 19:00 Masallıda RİH başçısı tərəfindən vətəndaşların növbəti videoqəbulu
    28. 13:33 MASALLIDA TÜTÜN YIĞIMI DAVAM EDİR
    29. 13:22 Düşmən hücumları nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyan hər zaman operativ şəkildə aradan qaldırılır
    30. 20:17 Masallıda gənclər arasında onlayn qaydada şahmat yarışı keçirilib
    31. 20:00 Masallıda “Əsgərə salam” aksiyası davam edir
    32. 19:41 Masallıda yay şumuna başlanıb, barama təhvilinə yekun vurulub
    33. 18:19 Masallıda Milli Mətbuatın 145 illiyi ilə bağlı onlayn tədbir keçirilib
    34. 13:05 Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışı
    35. 12:54 "Azəriqaz" əsgər ailəsinin təbii qaza olan borcunu ödəyib
    36. 12:48 “QİSAS ANDIMIZDIR”
    37. 21:00 BÜTÜN QAFQAZIN ŞEYXİ MASALLIDA
    38. 20:00 Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhid Anar Novruzovun məzarını ziyarət edib
    39. 18:00 Masallı RİH başçısı vətəndaşların növbəti virtual qəbulunu keçirib
    40. 12:18 Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Август 2020    »
    ПнВтСрЧтПтСбВс
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    НОВОСТИ МИРА