• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu

    Noyabrın 27-də Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Qodman ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 100-ə yaxın kənd sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Qodman rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 2629 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün rayon icra hakimiyyətində, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür.
    Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd sakinlərindən Bəhram Yaqubov, Ruzbek Əsədzadə, Hacı Şədulla Usubov, Cavanşir Rəhmətov və başqaları uçaqların təhsili, elektrik və qazın fasiləsiz verilməsi, ağac əkilməsi və sair məsələləri gündəmə gətirmişlər.
    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

     “Yeni həyat”,
    www.yeniheyet.az
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 21:31 Masallı poçt filialının kollektivi nümunə göstərir
    2. 21:26 MASALLI TƏHSİLİNDƏN ÜRƏKAÇAN XOŞ XƏBƏRLƏR
    3. 21:21 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    4. 17:39 Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
    5. 22:04 "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"
    6. 21:41 Gənc xanımların cəmiyyətimizdəki rolu
    7. 21:12 YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirib
    8. 20:56 Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir
    9. 23:08 Masallı Rayon Təhsil Şöbəsində geniş tərkibdə onlayn videomüşavirə
    10. 19:00 Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    11. 17:18 Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    12. 15:27 MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    13. 15:10 Masallı MKTİB təmizlik işlərini gücləndirib
    14. 14:56 “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    15. 14:04 Masallı park-bulvar kompleksində işlər davam edir
    16. 13:54 Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    17. 14:12 Masallı şəhərində abadlıq genişlənir
    18. 13:35 Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir
    19. 19:46 MASALLI – Kolatan ərazisində yollar təmir edilir
    20. 19:25 Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub
    21. 14:28 Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
    22. 21:57 Masallıda vətəndaşların növbəti virtual qəbulu
    23. 22:26 MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış
    24. 20:00 Masallıda geniş tərkibdə videkonfrans keçirilib
    25. 22:24 Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
    26. 21:22 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    27. 21:13 “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
    28. 20:49 Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
    29. 19:27 Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir
    30. 13:30 Veteranlara qayğı var
    31. 12:00 Masallı təhsilində uğurlu tədris ili
    32. 11:30 Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
    33. 22:26 Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
    34. 22:18 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində
    35. 22:06 Qara gavalı yaxşı qazanc gətirən meyvədir
    36. 21:58 Cəviz gəlirli və ixracyönümlüdür
    37. 21:47 Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib
    38. 18:30 Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    39. 13:09 Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü
    40. 16:39 Növbəti təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Все новости
    «    Сентябрь 2020    »
    ПнВтСрЧтПтСбВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    НОВОСТИ МИРА