• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu

    Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu 

    Dekabrın 11-də Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Şərəfə ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 260-dan çox kənd sakini iştirak etmişdir.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
    Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Şərəfə rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 4481nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
    Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd sakinlərindən Elşad Əsgərov, Xankişi Xankişiyev, Əməkdar müəllim Əşrəf Mövsümov, Rafət Abbasov, vetertan müəllim Qabil Məmmədov, Aşur Yunusov, Abdul Qənbərov və başqaları uçaqların təhsili, kənd təsərrüfatı məhsullarının satışı, torpaqların kooperativ şəkildə birləşməsi, loqistik mərkəzin yaradılması, SİP kabelləşmə və qaz xəttinin çəkilməsi, kənd yolunun asfaltlaşdırılması, ağac əkilməsi, və sair məsələləri gündəmə gətirmişlər.
    Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

    Yeni həyat”,
    www.yeniheyet.az
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 17:39 Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
    2. 22:04 "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"
    3. 21:41 Gənc xanımların cəmiyyətimizdəki rolu
    4. 21:12 YAP Masallı rayon təşkilatı yüksək bal toplayan gənclərlə görüş keçirib
    5. 20:56 Masallı Mənzil İstismar Sahəsi abadlıq-quruculuq işlərini davam etdirir
    6. 23:08 Masallı Rayon Təhsil Şöbəsində geniş tərkibdə onlayn videomüşavirə
    7. 19:00 Masallıda RİH başçının vətəndaşlarla növbəti videoqəbulu
    8. 17:18 Masallıda "Bilik Günü"nə həsr olunmuş intellektual yarış keçirilib
    9. 15:27 MASALLI-Səmidxan kəndindəki körpələr evi-uşaq bağçası istifadəyə verilib
    10. 15:10 Masallı MKTİB təmizlik işlərini gücləndirib
    11. 14:56 “Ümidim sənsən” yenə ümidləri doğrultdu
    12. 14:04 Masallı park-bulvar kompleksində işlər davam edir
    13. 13:54 Ərkivan qəsəbə sakini tərəfindən xeyirxah addım
    14. 14:12 Masallı şəhərində abadlıq genişlənir
    15. 13:35 Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir
    16. 19:46 MASALLI – Kolatan ərazisində yollar təmir edilir
    17. 19:25 Masallı RİH başçısı Bilik günündə tədris müəssisələrində olub
    18. 14:28 Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti
    19. 21:57 Masallıda vətəndaşların növbəti virtual qəbulu
    20. 22:26 MASALLI - Mahmudavar kəndində əsaslı təmir edilmiş uşaq bağçasına baxış
    21. 20:00 Masallıda geniş tərkibdə videkonfrans keçirilib
    22. 22:24 Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb
    23. 21:22 Masallıda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
    24. 21:13 “Baba bulağı” təbiət evinin müsbət işi hamıya nümunə olmalıdır
    25. 20:49 Masallının Ərkivan qəsəbəsində yolların təhlükəsizliyi ilə bağlı işlər
    26. 19:27 Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir
    27. 13:30 Veteranlara qayğı var
    28. 12:00 Masallı təhsilində uğurlu tədris ili
    29. 11:30 Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
    30. 22:26 Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
    31. 22:18 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində
    32. 22:06 Qara gavalı yaxşı qazanc gətirən meyvədir
    33. 21:58 Cəviz gəlirli və ixracyönümlüdür
    34. 21:47 Masallı RİH başçısı növbəti virtual qəbulunu keçirib
    35. 18:30 Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
    36. 13:09 Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü
    37. 16:39 Növbəti təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür
    38. 20:31 MASALLI - Bədəlanda xeyirxah ənənələr davam etdirilir
    39. 19:49 Masallıda növbəti xeyriyyə aksiyası
    40. 20:42 Masallının Eminli kənd sakinindən nümunəvi addım
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Все новости
    «    Сентябрь 2020    »
    ПнВтСрЧтПтСбВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    НОВОСТИ МИРА