• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

    Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

    Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

    Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.
    Təbrikdə deyilir:

    Dünya azərbaycanlılarına
    Əziz həmvətənlər!
    Hörmətli soydaşlar!
    Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

    İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

    Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

    Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

    Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

    Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

    Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

    Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram.
    Bu yolda hamınıza uğurlar, cansağlığı, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram.
    Bayramınız mübarək olsun!

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 25 dekabr 2019-cu il.
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 20:51 Masallıda gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası
    2. 15:33 Masallıda boks üzrə rayon birinciliyinə yekun vurulub
    3. 17:26 Masallıda “Xocalı qətliamı” filmi nümayiş olunub
    4. 17:10 Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
    5. 18:20 Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun anım günü
    6. 17:39 Masallıda “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası
    7. 17:44 “El havası” “Gənclər paytaxtı” Masallıda…
    8. 15:50 Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illik yubileyi keçirilib
    9. 15:32 Masallı RİH başçısının Təzəkənd ərazisində səyyar görüş-qəbulu
    10. 16:02 “Gələcəyin birİNCİləri” Masallıda
    11. 14:50 Masallı boksçusu respublika birinciliyinin bürünc medalına sahib olub
    12. 14:14 "El havası” əyləncəli musiqi layihəsinin növbəti seçim turu Masallıda keçiriləcək
    13. 15:19 Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak edib
    14. 16:52 Masallıda “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edilib
    15. 18:24 Masallıda yeni uşaq-əyləncə və ticarət mərkəzi tikilir
    16. 18:05 Masallıda maarifləndirici treninqlər keçirilib
    17. 18:00 Masallı RİH başçısının şəhər ərazisində səyyar görüş-qəbulu
    18. 17:26 Masallı cüdoçuları Şirvandan evə 11 medalla qayıdıblar
    19. 17:56 Masallıda “Könüllülər-2020” mövzusunda konfrans keçirilib
    20. 17:42 Masallıda könüllülər üçün intellektual oyunlar keçirilib
    21. 15:11 Masallıda 20 Yanvar şəhidləri anıldı
    22. 18:11 Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir
    23. 17:31 Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
    24. 16:53 Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
    25. 16:23 Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib
    26. 22:59 Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    27. 18:20 Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu
    28. 17:13 Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb
    29. 14:02 Masallının ucqar dağ kəndində Yeni il şənliyi
    30. 17:34 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada
    31. 17:23 Masallıda möhtəşəm yeni il qarşılaması
    32. 14:36 Masallı RİH başçısının təşəkkürü
    33. 18:29 Həzi Aslanovun 110 illiyi qeyd ediləcək
    34. 18:02 Masallıda cüdo üzrə açıq birincilik keçirilib
    35. 18:33 Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb
    36. 22:15 Ulu öndərin həmrəylik ideyaları
    37. 21:51 Masallıda bayram əhval-ruhiyyəsi
    38. 16:57 Masallı taekvondoçusu respublika çempionudur
    39. 09:56 Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
    40. 19:40 Masallıda işəgötürənlərlə əməkdaşlıq çərçivəsində dəyirmi masa keçirilib
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Февраль 2020    »
    ПнВтСрЧтПтСбВс
     12
    3456789
    10111213141516
    17181920212223
    242526272829 
    НОВОСТИ МИРА