• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Təhsil millətin gələcəyidir

    Təhsil millətin gələcəyidir


    Təhsil millətin gələcəyidir 

    Təhsil sahəsinin inkişaf etdirilməsi, dünya standartlarına cavab verən təhsil sisteminin tətbiqi, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Buna görə də bu sahə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, təhsilə diqqət və qayğı ildən-ilə artırılmışdır. Bu qayğının nəticəsi olaraq hər il məktəb infrastrukturu yenilənir, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.
    Masallıda şagird kontingenti genişdir. Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri istedadlı şagirdlərin aşkar edilməsi, onların inkişafına diqqət və qayğının artırılmasıdır.
    Bu məqsədlə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilkin olaraq Masallı şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində pedaqoji kollektiv və şagirdlərlə, onların davamiyyəti ilə yaxından tanış olmuşdur.Tanışlıq zamanı rayon rəhbəri yeri gəldikcə şagirdlərə suallar verir, cavab alır, əla qiymətlərlə oxuyanları xüsusi qeyd edir. Beləliklə, cənab başçı şəhər məktəbləri ilə tanışlıq zamanı 31 sinifdə olmuş və 800-ə yaxın şagirdlə söhbət aparmışdır. Əlbəttə, rəhbər - müəllim-şagird dialoqu xoş təsir bağışlamışdır. Şagirdlər rayon rəhbəri Şahin Məmmədovun Vətən, ulu öndər, ölkə rəhbəri, təhsil haqqında olan söhbətlərinə diqqətlə qulaq asmışlar. Təhsilə böyük maraq verən rayon rəhbərində 7, 8, 9 , 10 və 11-ci sinif şagirdlərindən gələcəkdə 249 nəfərinin 700 bal toplamasına və 357 nəfərinin ali təhsil ocaqlarına qəbul olunmalarına əminlik yaranıb.
    Masallı Rayon İcra Hakimiyyətinin başçısı belə yanaşmada şagirdlərin, onların müəllimlərinin arzu və təkliflərini dinləyib, təhsillə bağlı hər üç şəhər məktəbinin kollektivi qarşısında məsul vəzifələr qoymuşdur. Qeyd edib ki, Masallıda təhsilin səviyyəsi yüksəlməlidir. Biz hər birimiz uşaqların gələcəyti ilə maraqlanmalıyıq. Valideyn-məktəb yanaşması güclənməlidir. Uşaqlara heç kim biganə qalmamalıdır. Onun xeyrini dövlətimiz, Vətənimiz görəcək.
    Rayon rəhbəri görüşdə həmçinin qeyd etmişdir ki, ulu öndər təhsili millətin gələcəyi kimi dəyərləndirib. Çox müdrik fikirdir. Bir millətin təhsili yaxşı olsa, onun inkişafı da yaxşı olar. Mən işlədiyim rayonda təhsilə həmişə önəm vermişəm. Ölkənin layiqli vətəndaşı məktəbdə yetişir. Bir ölkənin layiqli vətəndaşı varsa, onun hər şeyi var.
    Rayonun pedaqoji kollektivlərilə tanışlıq davam edir və bu görüş Masallı rayonunun bütün məktəblərini əhatə edəcəkdir.

    “Yeni həyat”,
    www.yeniheyet.az
     
    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 17:26 Masallı cüdoçuları Şirvandan evə 11 medalla qayıdıblar
    2. 17:56 Masallıda “Könüllülər-2020” mövzusunda konfrans keçirilib
    3. 17:42 Masallıda könüllülər üçün intellektual oyunlar keçirilib
    4. 15:11 Masallıda 20 Yanvar şəhidləri anıldı
    5. 18:11 Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir
    6. 17:31 Masallıda futzal üzrə rayon birinciliyinə yekun vurulub
    7. 16:53 Masallıda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
    8. 16:23 Masallının Gəyəçöl kəndində şəhidlər parkı istifadəyə verilib
    9. 22:59 Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
    10. 18:20 Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu
    11. 17:13 Masallıda gənclər təntənə ilə Milli Orduya yola salınıb
    12. 14:02 Masallının ucqar dağ kəndində Yeni il şənliyi
    13. 17:34 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Mərkəzi Xəstəxanada
    14. 17:23 Masallıda möhtəşəm yeni il qarşılaması
    15. 14:36 Masallı RİH başçısının təşəkkürü
    16. 18:29 Həzi Aslanovun 110 illiyi qeyd ediləcək
    17. 18:02 Masallıda cüdo üzrə açıq birincilik keçirilib
    18. 18:33 Masallıda “Cırtdan nağıllar aləmində” meqa-şousu maraqla qarşılanıb
    19. 22:15 Ulu öndərin həmrəylik ideyaları
    20. 21:51 Masallıda bayram əhval-ruhiyyəsi
    21. 16:57 Masallı taekvondoçusu respublika çempionudur
    22. 09:56 Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib
    23. 19:40 Masallıda işəgötürənlərlə əməkdaşlıq çərçivəsində dəyirmi masa keçirilib
    24. 17:05 Masallı RİH başçısının Bədəlan ərazisində səyyar görüş-qəbulu
    25. 18:11 Masallı RİH başçısının Miyankü ərazisində səyyar görüş-qəbulu
    26. 23:02 Akademik Həsən Əliyevin xatirəsinə Masallıda ağacəkmə aksiyası
    27. 21:17 Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü
    28. 21:01 Dilarə Seyidzadənin Masallı gəncləri ilə görüşü
    29. 11:40 Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı
    30. 22:41 Masallı RİH başçısının Şərəfə ərazisində səyyar görüş-qəbulu
    31. 17:52 Masallıda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə
    32. 17:13 Masallıda anım tədbiri – “Böyük ömrün dastanı”
    33. 13:35 Masallı RİH başçısının Yeddioymaq ərazisində səyyar görüş-qəbulu
    34. 18:56 Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
    35. 15:48 Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası
    36. 20:34 Masallıda gənc çağırışçılarla görüş keçirilib
    37. 13:11 Masallıda könüllülərlə növbəti görüş keçirilib
    38. 12:52 Masallı RİH başçısının Şıxlar ərazisində səyyar görüş-qəbulu
    39. 19:51 Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb
    40. 19:44 Masallıda Beynəlxalq Əlillər Günü qeyd edildi
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Январь 2020    »
    ПнВтСрЧтПтСбВс
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    НОВОСТИ МИРА