• В Масаллы есть много трудолюбивых, патриотических, настоящих граждан Азербайджана...
  • Гейдар Алиев
  • AZ
  • EN
  • » » Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

    • 10-02-2018, 15:11
    • Turizm
    • 0
    • 816
     
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası

     
    Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada əsl Azərbaycan yeməkləri çoxmillətli ölkəmizin mətbəxi ilə harmoniya yaradır. Bu dəfə biz qədim Şamaxı, habelə ləzgilərin və talışların yaşadıqları Qusar və Masallı regionlarının kulinariya xüsusiyyətləri ilə tanış olacağıq.

    Şamaxı – 290 növ təam
     
    Şamaxı kulinariyası plovun 46, dolmanın 14, kababın 16, qutabın 12 növü ilə çox zəngin və məşhurdur. Şamaxı mətbəxinin zənginliyini nümayiş etdirmək üçün tarixdən bir faktı xatırlamaq kifayətdir. 1662-ci ildə məşhur ingilis səyyahı və taciri Antoni Cenkinson Şirvan hökmdarı Abdulla Xan Ustaclıya qonaq olarkən milli mətbəxin çeşidinə heyran qalmışdı. Xan onu nahara dəvət etmiş, süfrəyə 290 adda milli isti və soyuq yemək, salat, qəlyanaltı və çərəz düzülmüşdü.
    Bu gün Şamaxıda ən geniş yayılan milli xörəklər şüyüdplov, parçabozbaş, yarpaq dolması, səbzi və müxtəlif növ kabablardır. Desert üçün sizə keşniş toxumları qatılmış limon şərbəti və boşqabda sucuq veriləcək. Sucuq buğda nişastasına şəkər, qoz və meşə fındığı əlavə edilməklə hazırlanır.

    Qusar – piçekar, xran fu və skan
     
    Azərbaycanın Qusar rayonunda yaşayan ləzgilər qədim tarixi və zəngin mətbəxi ilə məşhurdur. Qusar rayonunun hər kafesində, eləcə də ləzgilərin yaşadığı digər regionlarda siz piçekar, aluqu və ya şakuku sifariş verə bilərsiniz.
    Qoyun və ya mal ətindən hazırlanmış sulu yemək sizə xüsusi ləzgi sobasında (xərək və ya xar) bişirilmiş çörək – xran fu ilə veriləcək. Azərbaycan təndirini xatırladan bu soba ondan fərqli olaraq dördkünc formadadır. Özü də bu sobada təkcə çörək deyil, ləzgi mətbəxinin digər xəmir xörəkləri də bişirilir.
    Xərəkdə bişirilmiş çörək otaq temperaturunda 7 gün, soyuducuda isə 15-20 gün və daha çox qalır. Hazır xəmiri kiçik kündələrə bölüb yayır, xəmirə istinin daxil olması, tez bişməsi və xüsusi forma alması üçün onu quş lələkləri ilə deşirlər. Çörək sobada beş dəqiqə bişirilir. Bəzən çörəyi xərəkdən tam bişməmiş çıxarır, üstünə pendir və yumurta (“ləzgi pastası”) çəkir və bir neçə dəqiqə yenidən bişməyə qoyurlar.
    Bu yerlərdə, həmçinin ləzgi qutabı – afar bişirilir. Xəmirdən nazik yuxa (lavaş) yayılır, içinə həyətyanı sahədən və dağlardan yığılmış xırda göyərti, bərk pendir, şor qarışığı qoyulur, üstünə daha bir yuxa çəkirlər. Xərəkdə bişirilən afar bənzərsiz dadı ilə seçilir.
    Ləzgi mətbəxinin ən məşhur yeməyi olan skanı da xərəkdə bişirirlər. Yağda yoğurulmuş xəmirdən kündə kəsilir, açılır və dərin tavaya salınır. İçinə yağda qızardılmış qiymə və xırda doğranmış kartof qoyulur. Üstünə bir qat lavaş əlavə olunur və xərəkdə bir saat bişirilir. İnqrediyentlər müxtəlif, o cümlədən pendir və toyuq əti ola bilər. İstənilən halda skan çox ləzzətli olur!

    Masallı – aş, lökü və ləvəngi

       
    Azərbaycanın cənubunda yerləşən Masallı rayonu əhalisinin əksəriyyəti qonşu Lənkəran və Astarada olduğu kimi talışlardır. Talış mətbəxi çox zəngin, çeşidli olmaqla bərabər, həm də qədim tarixə malikdir. Masallıdakı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl daş və kərpicdən düzəldilmiş mətbəx əşyaları, o cümlədən piyalə, su qabları, səhəng aşkarlanıb.
    Masallı regionunda düyüdən azı 20 növ yemək, o cümlədən paxla plov, lobya plov, turşulu aş, ayran aşı (habelə dovğa) hazırlanır. Talış mətbəxi 23 cür ət xörəyi, 9 növ balıq yeməyi, 8 cür sıyıq, 5 cür qayğanaq, meyvələrdən 28 növ yemək, sırdaq növləri (məsələn, badımcan sırdağı) və digər yeməklərlə tanınır. Burada lərgə və mərci xörəkləri də geniş yayılıb. Lakin talış mətbəxinin ən məşhur yeməyi ləvəngidir: içi qoz-fındıq, soğan, sumaxla doldurulmuş toyuq və ya balıq yalnız Masallıda təndirdə bişirilir. Ləvəngi bütün Azərbaycanda hazırlansa da, pitini Şəkidə, skanı Qusarda, ləvəngini isə Masallıda və Lənkəranda dadmaq lazımdır.
    Masallıda şirniyyatın da öz yeri var. Məsələn, desert üçün burada tez-tez lökü hazırlanır. Yemək rasionu ilin fəslindən asılı olaraq dəyişir. Məsələn, may ayında bu yerlərdə paxlalı və təzə doğranmış yağlı şüyüdplov yeyilir. Yazda, həmçinin müxtəlif salatlar olur. Bundan başqa, burada gözlənilməz təzadları sevirlər. Məsələn, hisə verilmiş balıq süfrəyə plov və ya şirin qarpızla qoyula bilər.
    Paytaxt bazarlarında, habelə Rusiya ilə qonşu şəhərlərdə Masallı göyərtisi məşhurdur. Rayonda gəzərkən bir çox həyət darvazalarının qarşısında göyərti satıldığını görmək olar. Masallı mətbəxinin mühüm atributlarından biri qırmızı şalğam və qırmızı baş soğandır. Bu soğan acı olsa da, dadlıdır. Yayda onu yığır, qurudub qışa saxlayırlar.
    Maraqlıdır ki, bu və ya digər milli yemək növünü rayonda istənilən restoran və kafedə sifariş etmək olar. Ona görə də bu yerlərə gəlsəniz, fürsəti qaçırmayın və özünüzə yemək sarıdan korluq verməyin.AZƏRTAC.
     

    ДРУГИЕ НОВОСТИ
    ЛЕНТA НОВОСТЕЙ
    1. 19:06 Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
    2. 21:49 Prezident İlham Əliyevin bir neçə ölkənin rəhbəri ilə görüşü olub
    3. 19:44 Masallı RİH başçısının Qızılavar ərazisində səyyar görüş-qəbulu
    4. 17:07 Masallıda abituriyentlərlə bağlı layihə uğurla davam edir
    5. 18:21 Masallı taekvondoçuları Ümumrusiya turnirində 3 medal qazanıblar
    6. 17:58 Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi
    7. 21:10 İndoneziyadakı səfirimiz Masallıdandır
    8. 19:47 Masallıda inşa-yazı müsabiqəsi keçirilib
    9. 19:28 Masallının təsərrüfat xəbərləri
    10. 16:33 Masallıda cüdo üzrə rayon birinciliyi keçirilib
    11. 09:30 Koreyada 2 milyon əcnəbidən seçilən masallılı gənc
    12. 08:26 Masallıda peşə təmayüllü siniflər yaradılıb
    13. 08:23 Masallı RİH başçısının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar görüş-qəbulu
    14. 18:15 “Heydər Əliyev və Masallı”
    15. 08:27 Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib
    16. 16:23 “İnsan alveri cinayətlətlərinin profilaktikasında ictimaiyyətin rolu”
    17. 11:24 MASALLIDA XEYİRXAH AKSİYALAR GENİŞLƏNİR
    18. 10:41 Türkiyəli məşhur yazıçının əsəri Masallıda səhnəyə qoyulacaq
    19. 08:59 Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
    20. 10:51 Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
    21. 10:42 Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib
    22. 09:11 MÜƏLLİM ÖMRÜ HƏR ÖMÜRDƏN UCADIR
    23. 09:02 Masallıda “5 Oktyabr - Müəllimlər günü” qeyd edilib
    24. 14:28 Masallı şəhər Ağsaqqallar klubunda "Müəllimlər günü" münasibətilə tədbir keçirilib
    25. 09:35 Masallı RİH başçısının Hişkədərə ərazisində səyyar görüş - qəbulu
    26. 16:42 Erməni təxribatı nəticəsində həlak olan mülki şəxs Masallıda dəfn olundu
    27. 08:08 Nəsiminin 650 illiyi ilə bağlı Masallıda tədbir keçirilib
    28. 10:06 Masallıda "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib
    29. 08:05 Dünya Bankının Regional Direktoru cənab Sebastian Molineus Masallıda
    30. 08:46 Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib
    31. 08:52 Masallıda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
    32. 08:51 Masallı RİH başçısının Boradigah ərazisində səyyar görüş-qəbulu
    33. 09:57 Prezident İlham Əliyev bir neçə ölkənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
    34. 08:57 Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib
    35. 08:51 Masallının təsərrüfat xəbərləri
    36. 08:36 Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
    37. 08:40 "Heydər Əliyev və neft strategiyası"
    38. 08:39 Masallıda “Məntiq-2019” intellektual bilik yarışı keçirilib
    39. 08:33 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü
    40. 11:08 Masallıda gənc müəllimlərlə görüş
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
    Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası
      Azərbaycana dadlı səyahət: Şamaxı, Qusar və Masallı kulinariyası   Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada Ətraflı oxu
    Masallı turizm mərkəzinə çevrilir
    Masallı turizm mərkəzinə çevrilir
     Masallı turizm mərkəzinə çevrilir İstisuda müalicəvi turizm şəhərciyinin salınması təkcə rayonu yox, bölgəni böyük mərkəzə Ətraflı oxu
    Все новости
    «    Октябрь 2019    »
    ПнВтСрЧтПтСбВс
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    НОВОСТИ МИРА